G7 ölkələri Çindən asılılığı azaltmaq üçün nadir torpaq elementləri üzrə yeni hədəf müəyyənləşdirib
G7 liderləri nadir torpaq elementləri və daimi maqnitlərin tədarükündə Çindən asılılığın azaldılması ilə bağlı razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, tərəflər 2030-cu ilə qədər heç bir ölkənin bu məhsulların idxalının 60%-dən çoxunu tək bir təchizatçıdan, o cümlədən Çindən həyata keçirməməsi barədə razılaşıblar.
Məlumata əsasən, G7 ölkələri 2030-cu ildən sonra bu asılılığı daha da azaltmağı planlaşdırır. Belə ki, növbəti mərhələdə bir təchizatçıdan idxalın payının maksimum 50%-ə endirilməsi nəzərdə tutulur.
Təşəbbüsün məqsədi strateji xammal tədarükünü şaxələndirmək və qlobal təchizat zəncirlərinin dayanıqlığını artırmaqdır.
13:08 18.06.2026
Oxunuş sayı: 50