Paşinyan: Ermənistan iqtisadiyyatı yeni reallıqlara uyğunlaşır
Ermənistanın baş naziri Nikol Pashinyan ölkə iqtisadiyyatının yeni çağırışlara uğurla uyğunlaşdığını bildirib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Paşinyan bu fikirləri Rusiyanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlər fonunda səsləndirib.
Baş nazir qeyd edib ki, hökumət yerli kənd təsərrüfatı istehsalçıları və ixracatçılar üçün yeni bazarlar açıb və onları bu imkanlardan istifadə etməyə çağırır.
“Biz artıq səkkiz ildir məhsulların beynəlxalq standartlara uyğun olmasının vacibliyini vurğulayırıq. Hər dəfə daha sərt tədbirlərə yaxınlaşanda bizdən hazırlıq üçün əlavə vaxt istəyirlər. Artıq vaxt yoxdur”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, standartlara uyğun fəaliyyət göstərmək istəyən istehsalçılara dövlət proqramları çərçivəsində dəstək veriləcək.
Paşinyanın sözlərinə görə, keyfiyyətsiz məhsulların ixracını ölkənin suveren maraqları hesabına təmin etmək məntiqsizdir.
12:36 18.06.2026
Oxunuş sayı: 49