Sabiq baş nazirlə müsahibə: Ermənistanla ərazi mübadiləsi istisna deyil - ANONS
Ermənistanda
keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi
hakim “Mülki Müqavilə” partiyasının qalib gəlməsi regionda yeni reallıqlar
yaranıb. Məsələ burasındadır ki, Cənubi Qafqazda proseslərin inkişafı, o cümlədən
Azərbaycanla normallaşma xeyli dərəcədə seçkilərin nəticəsindən asılı vəziyyətə düşmüşdü.
O da bəllidir
ki, Ermənistandakı seçkilərin həm də xarici dairələrin, o cümlədən Rusiya ilə Qərbin
mübarizə predmeti idi. Bu mənada “Mülki Müqavilə” partiyası təkcə rəqiblərinə
yox, həm də onun hakimiyyətdən getməsini istəyən və bunun üçün çalışan qüvvələrə
qalib gəldi.
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının keçmiş sədri Pənah Hüseyn bu barədə Crossmedia.az-a müsahibə verib:
- Qərbi Azərbaycan məsələsi Ermənistana ərazisi iddiası kimi təqdim edilməməlidir.
- Ermənistanda da Azərbaycanı “Şərqi Ermənistan” kimi adlandıranlar var.
- Regionda kommunikasiyaların açılması Qərbi Azərbaycan məsələsinin həllində də rol oynaya bilər.
- Azərbaycan hakimiyyəti Robert Köçəryanla Serj Sarkisyanın Azərbaycan məhkəməsi qarşısında dayanmasına nail olmalıdır.
- Ermənistanla ərazi mübadiləsi istisna deyil.
P.S: Geniş müsahibə yaxın günlərdə dərc olunacaq
12:19 18.06.2026
Oxunuş sayı: 59