Moskvaya PUA hücumu davam edir: 180 pilotsuz aparat vurulub
Moskvaya pilotsuz uçuş aparatları ilə hücum davam edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, paytaxta yaxınlaşan və hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan pilotsuz uçuş aparatlarının sayı 180-ə çatıb.
Hücumlar fonunda Moskvanın Domodedovo və Vnukovo hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bundan başqa, Moskvanın Kapotnya rayonunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Bildirilir ki, Rusiya əraziləri üzərində gecə ərzində ümumilikdə 555 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
11:56 18.06.2026
Oxunuş sayı: 55