Hakan Fidan: Ermənistanla münasibətləri normallaşdırmağa hazırəq
Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin lazımi şərtlər yarandığı təqdirdə Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Hakan Fidan bu barədə "Türkiyə" qəzetinə müsahibəsində deyib.
Rusiyaya etdiyi səfərin yekunlarına dair “Türkiyə” qəzetinə müsahibə verən nazir qeyd edib ki, Ermənistandakı Nikol Paşinyan hökuməti münasibətlərin normallaşması istiqamətində "çox mühüm addımlar" atıb.
Hakan Fidan, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu prosesdə mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Ərdoğan tərəfindən birbaşa ticarətin qurulması və hava nəqliyyatı əlaqələrinin bərpası da daxil olmaqla, bir çox əhəmiyyətli addımlar atılıb.
11:37 18.06.2026
Oxunuş sayı: 58