Niderlanddan Kiyevə növbəti böyük hərbi yardım paketi
Niderland hökuməti Ukraynaya növbəti hərbi yardım paketi çərçivəsində 580 milyon avro vəsait ayıracağını açıqlayıb.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, yardım paketi iki əsas istiqaməti əhatə edir.
Belə ki, ayrılan vəsaitin 250 milyon avrosu Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Niderland müdafiə şirkətlərindən pilotsuz uçuş aparatlarının alınmasına sərf olunacaq.
Qalan 330 milyon avro isə PURL təşəbbüsü çərçivəsində ABŞ istehsalı olan silahların Ukraynaya tədarükünün maliyyələşdirilməsinə yönəldiləcək.
Niderland rəsmiləri bildiriblər ki, yeni yardım paketi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, xüsusilə də pilotsuz sistemlər və hava hücumundan müdafiə sahəsində imkanlarının artırılmasına xidmət edəcək.
11:05 18.06.2026
Oxunuş sayı: 58