Keçmiş vitse-prezidentdən sərt tənqid: Bu saziş İrana güzəştdir
ABŞ-in keçmiş vitse-prezidenti Mike Pence ABŞ və İran arasında əldə olunan razılaşmanı kəskin tənqid edib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Pens CNN-ə müsahibəsində sənəddə İranın nüvə və ballistik raket proqramlarının ləğvi, eləcə də terror təşkilatlarına dəstəyin dayandırılması ilə bağlı heç bir öhdəliyin yer almadığını bildirib.
Onun sözlərinə görə, bunun müqabilində razılaşma imzalandığı andan etibarən İrana qarşı tətbiq edilən sanksiyaların dərhal ləğvi nəzərdə tutulur. Pens bu yanaşmanı ABŞ-ın keçmiş prezidenti Barack Obama dövründə həyata keçirilən “güzəşt və mülayimlik” siyasəti ilə müqayisə edib.
ABŞ-də fəaliyyət göstərən Foundation for Defense of Democracies təşkilatının icraçı direktoru Mark Dubowitz də razılaşmaya tənqidi yanaşıb. O, “Wall Street Journal”ın məlumatına istinadən bildirib ki, İrana qarşı maliyyə məhdudiyyətlərinin yumşaldılması Vaşinqtonun ən mühüm iqtisadi təsir rıçaqlarından birini zəiflədə bilər.
Dubovitz qeyd edib ki, memorandum gözləniləndən daha mənfi nəticələr doğura və ABŞ-in gələcək danışıqlardakı mövqeyini zəiflədə bilər.
10:25 18.06.2026
Oxunuş sayı: 55