Vaşinqton-Tehran xəttində diplomatik addım: memorandum imzalandı
ABŞ və İran arasında əldə olunan Anlaşma Memorandumu rəsmən imzalanıb.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, sənədin imzalanması ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutub. Mərasimdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib. Makron imzalanma ilə bağlı görüntüləri paylaşaraq memorandumun regional və beynəlxalq sabitlik baxımından əhəmiyyətli addım olduğunu bildirib.
Fransa liderinin sözlərinə görə, razılaşma “davamlı sülh” istiqamətində mühüm rol oynaya, Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasına imkan yarada və qlobal enerji bazarlarında qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər.
Ağ Ev də memorandumun imzalanma anına dair görüntüləri “X” hesabında yayımlayıb.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyi daha əvvəl İsveçrədə keçirilməsi planlaşdırılan rəsmi imzalanma mərasiminin ləğv edildiyini açıqlamışdı. Nazirliyin sözçüsü İsmayıl Bəqayi bildirib ki, sənəd artıq həm rəqəmsal, həm də kağız formatında təsdiqlənib.
Razılaşmanın ABŞ-İran münasibətlərində yeni mərhələyə yol açıb-açmayacağı və regional proseslərə necə təsir göstərəcəyi qarşıdakı dövrdə əsas müzakirə mövzularından biri olacaq.
09:18 18.06.2026
Oxunuş sayı: 54