Merz: ABŞ-İran razılaşması böyük uğurdur
Bu gün Almaniya kansleri Fridrix Merz G7 Zirvə görüşü çərçivəsində ABŞ və İran arasında əldə olunan razılaşmanı yüksək dəyərləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Merz bildirib ki, ABŞ prezidenti Donald Tramp və İran hakimiyyəti arasında əldə edilən anlaşma mühüm diplomatik nailiyyətdir.
O qeyd edib ki, razılaşmanın ilk müsbət nəticələri artıq müşahidə olunur. Kanslerin sözlərinə görə, bunun nümunələrindən biri neft qiymətlərinin aşağı düşməyə davam etməsidir.
Merz əlavə edib ki, əldə olunan razılaşma yekun mərhələ deyil və bundan sonra xüsusilə danışıqların ikinci mərhələsi çərçivəsində əlavə müzakirələr aparılmalıdır.
19:30 17.06.2026
Oxunuş sayı: 53