Türk dünyası üçün mühüm addım: Qazax və qırğız əlifbalarının yeni variantları təsdiqlənib
Türk dünyasında ortaq əlifbaya keçid istiqamətində növbəti mühüm addım atılıb.
Crossmedia.az xəbər verir ki, “Ortaq Türk Əlifbası Komissiyası”nın 4-cü iclasında ortaq türk əlifbası əsasında hazırlanmış qazax və qırğız əlifbalarının tövsiyə olunan variantları təsdiqlənib.
Məlumata görə, komissiya 2022-ci ildə Türk Akademiyası çərçivəsində və Türk Dövlətləri Təşkilatının koordinasiyası ilə yaradılıb.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında Bakı şəhərində keçirilən üçüncü iclasda 34 hərfdən ibarət “Ortaq Türk Əlifbası” qəbul edilmişdi.
Yeni qərarın türk dilləri arasında qarşılıqlı anlaşmanı asanlaşdıracağı, ortaq mədəni və elmi əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.
17:32 17.06.2026
Oxunuş sayı: 50