Vensdən diqqətçəkən açıqlama: Tramp nə etsə də tənqid olunur
ABŞ-nin vitse-prezidenti Vens İranla bağlı müzakirələr fonunda Demokratlar Partiyasını tənqid edib.
Crossmedia.az "Fox News" telekanalına istinadən xəbər verir ki, müsahibəsində Vens , siyasi rəqiblərin Prezident Donald Trampın İran siyasətini uğursuz kimi təqdim etməyə çalışdıqlarını bildirib.
O, bu mövqeyi tənqid edərək ironik ifadə işlədib:
“Əgər Donald Tramp İranın ali lideri seçilsəydi, demokratlar yenə də ABŞ-nin məğlub olduğunu deyərdilər”.
Vensin sözlərinə görə, Trampın İranla bağlı addımları siyasi rəqibləri tərəfindən nəticəsindən asılı olmayaraq tənqid olunur.
17:08 17.06.2026
Oxunuş sayı: 57