Trampın G7 planı: İran dəstəyi qarşılığında Ukraynaya yardım
ABŞ prezidenti Donald Tramp Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya təzyiqin artırılması məsələsində müttəfiqlərlə yeni anlaşma formatını müzakirə edir.
Crossmedia.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Tramp G7 liderlərinə İranla əldə olunmuş çərçivə razılaşmasının həyata keçirilməsi və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün müttəfiqlərin dəstəyinə ehtiyac olduğunu bildirib.
Diplomatik mənbələrin sözlərinə görə, ABŞ bu məsələdə tərəfdaşlarından yardım gözləyir. Əvəzində isə Avropa ölkələri Vaşinqtonun Ukraynaya hərbi və siyasi dəstəyini davam etdirməsini, həmçinin Rusiyaya təzyiq siyasətini gücləndirməsini istəyirlər.
Məlumata əsasən, Tramp G7 liderlərinə ABŞ-nin “Ukraynanın tərəfində qalacağına” dair təminat verib. Bu yanaşmanın Ukrayna, Rusiya və İranla bağlı siyasətlər arasında yeni balans yaratdığı bildirilir.
16:26 17.06.2026
Oxunuş sayı: 57