Uşaq futbol komandasını daşıyan avtobus vurulub
Rusiyanın Bryansk vilayəti ərazisində Belarusdan olan uşaq futbol komandasını daşıyan avtobusun vurulduğu bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, komanda istirahət məqsədilə Gələncik şəhərinə gedirmiş. Hadisə nəticəsində bir qadın həlak olub.
Bryansk vilayətinin müvəqqəti qubernatorunun açıqlamasına əsasən, altı nəfər yaralanıb. Yaralananlar arasında dörd yeniyetmənin də olduğu qeyd edilir.
Hadisənin təfərrüatları və hücumun şəraiti ilə bağlı araşdırma aparılır. Ukrayna tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
16:08 17.06.2026
Oxunuş sayı: 47