Astanada park yanğını: 4 yeniyetmə saxlanıldı
Qazaxıstanın Astana şəhərində polis Triatlon Parkında böyük yanğına səbəb olan dörd yeniyetməni müəyyən edib və saxlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, məktəblilərin qazonu yandırması nəticəsində alov sürətlə yayılıb və parkın bir hissəsini əhatə edib.
Hadisə zamanı xəsarət alan olmayıb, yanğın isə operativ şəkildə söndürülüb. Faktla bağlı cinayət işi başladılıb, yeniyetmələrin valideynlərinin isə məsuliyyətə cəlb olunacağı bildirilir.
16:18 17.06.2026
Oxunuş sayı: 58