İran dövlət televiziyasından İsrailə xəbərdarlıq edilib
İsrailin Livana qarşı hərbi əməliyyatları davam edərsə, İran tərəfindən cavab addımları atıla bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Tehran Livanın ərazisinə endirilən zərbələrin regionda gərginliyi daha da artırdığını hesab edir və İsrailin hücumlarını davam etdirməsinin nəticəsiz qalmayacağını vurğulayır.
İran tərəfi mümkün cavab tədbirlərinin xarakteri barədə ətraflı məlumat verməyib. İsrail tərəfindən isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama yayılmayıb.
15:30 17.06.2026
Oxunuş sayı: 44