Paşinyan: Mənə "türk" deyilməsini mənfi qarşılamıram
Ermənistanın Baş naziri Nikol Paşinyan ona “türk” deyə müraciət edilməsinin təhqir olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyan qeyd edib ki, bəzi insanlar onu təhqir etmək məqsədilə “türk” adlandırırlar, lakin o, bunu mənfi qarşılamır.
“Biz min illərdir türklərlə eyni coğrafiyada yaşamışıq. Mədəniyyətlərimiz arasında çoxlu oxşarlıqlar var. Buna görə də mənə türk deyəndə əsəbiləşmirəm”, – deyə o bildirib.
Ermənistan baş naziri əlavə edib ki, tarixə diqqətlə baxıldıqda ermənilərlə türklərin mədəni baxımdan bir-birinə yaxın xalqlar olduğu görünür və tərəflər bir-birinin mədəniyyətindən qarşılıqlı şəkildə təsirləniblər.
14:32 17.06.2026
Oxunuş sayı: 44