ABŞ-da təhlükəsizlik qalmaqalı: Tramp hədəf alınmışdı
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən aparılan araşdırma zamanı Donald Trampa qarşı sui-qəsd planı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Crossmedia.az “Insider UA”-ya istinadən xəbər verir ki, xüsusi xidmət orqanları 10 iyunda potensial hücum hazırlığı barədə siqnallar əldə edib. Bildirilir ki, hücumun 14 iyunda, yəni Trampın ad günü ilə üst-üstə düşən tarixdə həyata keçirilməsi planlaşdırılıb.
Məlumata əsasən, təhlükəsizlik qurumları mümkün planı vaxtında aşkarlayıb və araşdırma istiqamətində tədbirlər görüb. Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.
13:28 17.06.2026
Oxunuş sayı: 56