Ukrayna Rusiyaya kütləvi dron hücumu etdi: 157 PUA vuruldu
Ukrayna qüvvələri Rusiyanın müxtəlif bölgələrinə və Qara dəniz üzərinə pilotsuz uçuş aparatları ilə növbəti hücum təşkil edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə ərazisi və Qara dəniz üzərində ümumilikdə 157 Ukrayna dronunu məhv edib.
Moskva rəhbərliyi isə paytaxt istiqamətində hərəkət edən 18 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
Hadisə nəticəsində mümkün dağıntılar və ya xəsarət alanlar barədə hələlik ətraflı məlumat verilməyib. Rusiyanın müxtəlif bölgələrində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
10:24 17.06.2026
Oxunuş sayı: 50