ABŞ-İran razılaşması ilə bağlı tənqidçilərə Vensdən SƏRT CAVAB
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla mümkün razılaşmanı tənqid edən dairələrə cavab verib. O bildirib ki, həmin tənqidçilər ABŞ-nin sonsuz müharibə aparmasını istəyir və bu prosesin “bütün bombalar atılana və ya bütün iranlılar həlak olana qədər” davam etməsini müdafiə edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Vensin sözlərinə görə, belə yanaşmalar razılaşma sənədinin real məzmununu nəzərə almır və tənqidçilər alternativ həll yolları təqdim etməkdə çətinlik çəkirlər.
O, həmçinin qeyd edib ki, ABŞ-nin siyasəti emosional deyil, real vəziyyətin qiymətləndirilməsi əsasında formalaşmalıdır.
08:05 17.06.2026
Oxunuş sayı: 57