BMT Ukrayna məsələsində vasitəçi rolunu itirir
Rusiya Xarici İşlər Nazirliyi Ukrayna məsələsində Birləşmiş Millətlər Təşkilatının vasitəçi roluna artıq etibar etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazir müavini Alimovun sözlərinə görə, BMT katibliyinin və baş katibin davranışı təşkilatı bu prosesdə vasitəçilik etmək üçün lazım olan “səlahiyyət və nüfuzdan məhrum edir”.
O, qeyd edib ki, Moskva BMT-nin Ukrayna ilə bağlı danışıqlarda neytral vasitəçi kimi çıxış edə biləcəyini artıq real hesab etmir.
07:40 17.06.2026
Oxunuş sayı: 51