Bu ölkələr Rusiyanın neft və qaz sektoruna təzyiqi artıracaq
G7 ölkələrinin liderləri Fransada keçirilən sammitin yekununda qəbul etdikləri birgə bəyanatda Rusiyanın neft və qaz sektoruna qarşı sanksiya təzyiqinin gücləndiriləcəyini bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Sənədə əsasən, iştirakçı ölkələr Ukraynaya hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahların tədarükünün artırılması barədə də razılığa gəliblər.
Bəyanatda qeyd olunur ki, ABŞ və İran arasında Ormuz boğazının blokadadan çıxarılması ilə bağlı razılaşma Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün “əlverişli şərait” yaradır.
Qeyd edək ki, G7 ölkələri Ukraynadakı müharibə fonunda Rusiyaya qarşı iqtisadi təzyiqlərin genişləndirilməsini əsas istiqamət kimi saxlayır.
07:17 17.06.2026
Oxunuş sayı: 47