Medvedyevin çap etdirdiyi dərslik kitabı təqdim olundu
Rusiyada 9-cu siniflər üçün yeni cəmiyyətşünaslıq dərsliyi nəşr olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, “Prosveşşeniye” nəşriyyatı tərəfindən çap edilən dərsliyin redaktoru Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev olub.
Dərslik 5 bölmə və 23 paraqrafdan ibarətdir. Kitabda cəmiyyətşünaslığın əsas anlayışları ilə yanaşı, müxtəlif həyat situasiyaları, tarixi nümunələr və biliklərin praktik tətbiqi məsələləri də yer alıb. Nəşrə həmçinin terminlər lüğəti və internet resurslarının siyahısı daxil edilib.
Dmitri Medvedev məktəblilərə müraciətində bildirib ki, yeni dərslik şagirdlərə yalnız cəmiyyətşünaslığı mənimsəməyə deyil, həm də mürəkkəb həyat məsələlərində düzgün istiqamət tapmağa kömək etməlidir.
19:24 16.06.2026
Oxunuş sayı: 43