Uruqvay millisini ABŞ-də gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə qarşılayıblar
ABŞ-də keçirilən futbol üzrə dünya çempionatına gələn Uruqvay milli komandası hava limanında xüsusi təhlükəsizlik yoxlamalarından keçirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, komandanın qarşılanması zamanı xidməti itlərdən istifadə olunub və futbolçular tam təhlükəsizlik yoxlamasına cəlb ediliblər.
Bu hadisə Uruqvay millisinin təyyarəsinə ABŞ hava məkanına daxil olmaq üçün icazə verilməməsindən bir gün sonra baş verib. Nəticədə komanda ilk oyunundan bir gün əvvəl Meksikanın paytaxtı Mexiko şəhərindəki oteldə gecələmək məcburiyyətində qalıb.
Qeyd edək ki, yaranmış gecikmə Uruqvay millisinin dünya çempionatındakı hazırlıqlarına da təsir göstərib.
19:08 16.06.2026
Oxunuş sayı: 41