Moskvada neft emalı zavoduna dron hücumu
Moskva meri Sergey Sobyanin paytaxtdakı neft emalı zavoduna dronun düşdüyünü təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Sobyaninin sözlərinə görə, Moskva Neft Emalı Zavodu zədələnib.
“Moskva Neft Emalı Zavodu zərər görüb. Xəsarət alan yoxdur. Fövqəladə xidmətlər hadisə yerində işləyir”, – deyə o bildirib.
Mer hadisə nəticəsində insan itkisi və ya yaralanma qeydə alınmadığını vurğulayıb. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
18:44 16.06.2026
Oxunuş sayı: 39