Polşada rusiyalı müxalif rəssam güllələnib
Polşada Rusiya rəhbərliyini satirik əsərlərində tənqid etməsi ilə tanınan rusiyalı müxalif karikaturaçı rəssam Semyon Skrepetski öldürülüb.
Crossmedia.az bu barədə xarici mediaya istinədən xəbər verir.
Məlumata görə, hadisə Polşanın Bıala-Podlyaska şəhərində baş verib. Yerli “vPolşe24” telekanalının yaydığı xəbərə əsasən, naməlum şəxs rəssama yaxın məsafədən bir neçə dəfə atəş açıb. Aldığı güllə yaralarından o, hadisə yerində həyatını itirib.
Bildirilir ki, 44 yaşlı Semyon Skrepetski Rusiyanın siyasi rəhbərliyinə, o cümlədən Vladimir Putin qarşı çəkdiyi satirik karikaturalarla tanınırdı və son illərdə Polşada siyasi mühacir kimi yaşayırdı. Hadisənin motivləri araşdırılır, Polşa hüquq-mühafizə orqanları qətlin siyasi xarakter daşıya biləcəyini istisna etmir.
18:52 16.06.2026
Oxunuş sayı: 46