Putinlə görüş qışdan əvvəl baş tutmalıdır – Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Putinlə danışıqların qış başlamazdan əvvəl baş tutmalı olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Reuters Next konfransında çıxışı zamanı yaxın vaxtlarda rusiyalı oliqarx Roman Abramoviç ilə görüşdüyünü təsdiqləyib. O, həmçinin daha əvvəl Rusiya Prezidenti Vladimir Putinə G7 sammiti çərçivəsində danışıqlara qoşulmağı təklif etdiyini bir daha bəyan edib.
Zelenskinin sözlərinə görə, mümkün görüş üçün İsveçrə, Türkiyə, ABŞ və ya Yaxın Şərq ölkələrindən biri platforma ola bilər.
“Bu, bizim üçün çox ağır qış oldu. Əlbəttə, biz daha bir belə qış yaşamaq istəmirik. Rusiya da bilməlidir ki, bu il onları da asan qış gözləmir”, – deyə Ukrayna lideri vurğulayıb.
18:06 16.06.2026
Oxunuş sayı: 43