Tehran sazişə yaxın olsa da, ABŞ-yə etimadsızlıq qalır
İranın xarici işlər naziri Abbas Əraqçı Tehran və Vaşinqton arasında aparılan danışıqların gedişinə dair yeni açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Əraqçının sözlərinə görə, İran və ABŞ arasında münaqişənin həlli üzrə danışıqlar prosesi iki mərhələdən ibarətdir və tərəflər ilk sazişin rəsmiləşdirilməsinə yaxınlaşıblar.
Nazir bildirib ki, İran və ABŞ nümayəndə heyətləri iyunun 19-da İsveçrədə “İslamabad Sazişi” adlandırılan sənədi imzalaya bilərlər.
Onun sözlərinə görə, yekun razılaşma nüvə proqramı ilə bağlı məsələləri və İrana qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tutur. Əraqçı eyni zamanda vurğulayıb ki, Tehran ABŞ-yə qarşı mövcud inamsızlığı və Vaşinqtonun əvvəlki razılaşmalardan çıxmaq təcrübəsini nəzərə alaraq prosesə ehtiyatla yanaşır.
16:54 16.06.2026
Oxunuş sayı: 53