ABŞ ilə razılaşma fonunda Tehranda diqqətçəkən kadr dəyişikliyi iddiası yayılıb
ABŞ ilə mümkün razılaşmanın əldə olunacağına dair xəbərlərin fonunda İranın siyasi dairələrində Ali Milli Təhlükəsizlik Şurasının tərkibi ilə bağlı diqqətçəkən iddialar yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumatlara görə, Şuranın üzvü və İran prezidentliyinə keçmiş namizəd Səid Cəlili Ali Milli Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb. İddialarda onun yerinə İran xarici işlər nazirinin keçmiş müavini Əli Bağeri Kəninin təyin olunduğu qeyd edilir.
Bildirilir ki, Əli Bağeri Kəni İranın ali rəhbəri Ayətullah Əli Xameneinin ailəsi ilə qohumluq əlaqələrinə malikdir.
Hazırda sözügedən məlumatlar İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib. Məsələ ilə bağlı nə Ali Milli Təhlükəsizlik Şurası, nə də digər rəsmi qurumlar tərəfindən açıqlama verilib.
Ekspertlər hesab edirlər ki, belə bir dəyişiklik təsdiqlənərsə, bu, İranın daxili siyasi balansı və xarici siyasət kursu baxımından diqqətlə izləniləcək hadisələrdən biri olacaq.
16:38 16.06.2026
Oxunuş sayı: 56