Pezeşkian: Dövlət rəsmilərini xəyanətdə ittiham etmək ədalətsizlikdi
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün razılaşma ətrafında aparılan müzakirələr və hökumət rəsmilərinə qarşı səsləndirilən ittihamlarla bağlı mövqeyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkian sosial şəbəkədəki paylaşımında dövlət rəsmilərinin öz vəzifələrini yerinə yetirdiklərinə görə xəyanət və ya vətəni satmaqda ittiham olunmasının qəbuledilməz olduğunu bildirib.
Onun sözlərinə görə, milli maraqların və ölkənin ləyaqətinin qorunması məqsədilə qanun çərçivəsində fəaliyyət göstərən şəxslərin xəyanətkar kimi təqdim edilməsi nə ədalət prinsiplərinə, nə də etik normalara uyğundur.
İran prezidenti vurğulayıb ki, tənqid cəmiyyətin təbii haqqıdır, lakin rəsmi vəzifələrini yerinə yetirən insanların əsassız ittihamlarla nüfuzdan salınması doğru yanaşma deyil.
Pezeşkianın açıqlaması son günlər ABŞ ilə mümkün razılaşma və ölkənin xarici siyasəti ətrafında gedən müzakirələr fonunda səsləndirilib.
16:22 16.06.2026
Oxunuş sayı: 42