Tramp Heqseti vəzifədən uzaqlaşdıra bilər
ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün razılaşmaya qarşı çıxan bir sıra yüksək vəzifəli rəsmiləri vəzifədən uzaqlaşdırmağı nəzərdən keçirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Israel Hayom" nəşri məlumat yayıb.
Məlumata görə, vəzifədən kənarlaşdırıla biləcək şəxslər arasında ABŞ-nin müdafiə naziri Pit Heqset və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff də var.
Nəşrin iddiasına əsasən, Tramp administrasiyasında İran siyasəti ilə bağlı fikir ayrılıqları fonunda kadr dəyişiklikləri ehtimalı gündəmdədir.
Qeyd edək ki, rəsmi Vaşinqton tərəfindən bu məlumat hələlik təsdiqlənməyib.
16:14 16.06.2026
Oxunuş sayı: 42