Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turniri keçiriləcək.
Crossmedia.az xəbər verir ki, iyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq. Turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən “Queen & King of the Court” turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur. Bu turnir ölkəmizdə ilk dəfə bu il mayın 23-də təşkil edilib.
Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.
15:08 16.06.2026
Oxunuş sayı: 41