Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olur
Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Crossmedia.az xəbər verir ki, tədbirdə "Sabah"ın rəqibi də bəlli olacaq.
Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Komandamızın potensial rəqibləri "Şemrok Rovers", TNS, "Vikinqur", "Larne", "KuPS", "Kayrat", "Petrokub", "Flora", "Linkoln", "Universitatya", "Klaksvik", "Drita", "Borats" və "Riqa" klublarıdır.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.
12:00 16.06.2026
Oxunuş sayı: 54