Sosial müavinət və təqaüd alanların sayı artıb
Ötən ay sosial müavinət və təqaüd alanların sayı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 888 178 nəfər olub.
Onların 480 601 nəfərini aylıq sosial müavinət, 407 577 nəfərini isə təqaüd alanlar təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin aprel ayı ərzində Azərbaycanda 225 448 nəfər şəxs aylıq sosial müavinət, 92 750 nəfər şəxs isə Prezident təqaüdü almışdı.
11:12 16.06.2026
Oxunuş sayı: 48