İki gün ərzində 32,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
İki gün ərzində 32,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 13-də və 14-də çəkisi 32,7 kiloqrama yaxın narkotik vasitə və 1807 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Həmçinin iki gün ərzində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 670 kiloqram çəkidə 12880 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
19:00 15.06.2026
Oxunuş sayı: 54