ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak etməyib
ABŞ hərbçiləri İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp administrasiyası İsraili İran raket hücumlarından qorumaq üçün ölkə qüvvələrinin hər hansı müdafiə əməliyyatı həyata keçirməsi ilə bağlı göstəriş verməyib.
Qeyd olunur ki, Vaşinqton hazırda münaqişədə birbaşa hərbi iştirakdan kənarda qalmağa üstünlük verir.
22:58 08.06.2026
Oxunuş sayı: 71