Səudiyyə Ərəbistanı aviabazaya hücum xəbərlərini təkzib etdi
Səudiyyə Ərəbistanı aviabazaya zərbə endirilməsi barədə məlumatları təkzib etdi
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi Şahzadə Sultan aviabazasına zərbə endirilməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Məlumata görə, hava həyəcanı siqnalları Yəməndən buraxılan ballistik raketlə əlaqədar ehtiyat tədbiri kimi aktivləşdirilib. Raket krallığın sərhədləri yaxınlığında radarların nəzarətindən çıxıb.
Nazirlik hadisə nəticəsində aviabazaya hər hansı zərbə endirilmədiyini vurğulayıb.
22:18 08.06.2026
Oxunuş sayı: 1892