Zaporojyedə yaşayış məntəqəsinə dron düşdü: ölən və yaralananlar var
Zaporojyedə yaşayış məntəqəsinə düşən pilotsuz uçuş aparatı nəticəsində 2 nəfər həlak olub, daha 15 nəfər xəsarət alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, yaşayış rayonuna düşən Rusiya dronu hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Hadisə nəticəsində mülki infrastruktura da ziyan dəyib. Yaralanan şəxslərə tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
22:02 08.06.2026
Oxunuş sayı: 76