"Kamaz"ın vurduğu piyada hadisə yerində öldü
Zabratda avtomobil piyadanı vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, Abbasov Sahil Sətdar oğlu idarə etdiyi "Kamaz" markalı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən "Ayxan" marketin qarşısında yolu keçən piyada Əhmədov Nurlan Rafiq oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
09:50 08.06.2026
Oxunuş sayı: 53