Səhiyyə

TƏBİB UNİCEF-lə müzakirələr aparıb

UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Saca Faruq Abdullah TƏBİB-də olub. 

Crossmedia.az xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, UNICEF-in Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və digər rəsmi şəxslər iştirak edib.

Görüş zamanı TƏBİB-in fəaliyyət istiqamətləri barədə xanım S.F.Abdullaha məlumat verilib, UNICEF ilə birgə icra olunan layihələrin nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Xanım S.F.Abdullah UNICEF-in texniki dəstəyi ilə TƏBİB tərəfindən həyata keçirilən patronaj xidmətinin universal və proqressiv modelinin (hamilə və zahı qadınlar, 0-3 yaş aralığında uşaqlar üçün ev ziyarətləri) Azərbaycanda xarici ölkələr üçün nümunə ola biləcək səviyyədə uğurla tətbiq edildiyini qeyd edib.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bildirib ki, 2023-cü ilin noyabr ayında etibarən bu model Azərbaycan üzrə TƏBİB tabeliyindəki tibb müəssisələrinin hamısında tətbiq olunur.

Bundan başqa, 2024-cü ilin göstəricilərinə əsasən 15 tibb müəssisəsi (Lənkəran Regional Perinatal Mərkəzi, Quba Regional Perinatal Mərkəzi, Ağsu Rayon Mərkəzi Xəstəxanası, Mingəçevir Rayon Mərkəzi Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Pirallahı Tibb Mərkəzi, 7 nömrəli Doğum Evi, Respublika Perinatal Mərkəzi, Şəki Regional Perinatal Mərkəzi, Sumqayıt Regional Perinatal Mərkəzi, 2 nömrəli Doğum Evi, Ağstafa Rayon Mərkəzi Xəstəxanası, Neftçala Rayon Mərkəzi Xəstəxanası, Ucar Rayon Mərkəzi Xəstəxanası, Bərdə Rayon Mərkəzi Xəstəxanası)  “Körpə Dostu Xəstəxanası” kriteriyalarına uyğun görülüb.

Görüşdə ana südü ilə qidalanmanın təbliği və təşviqi, eləcə də əhalinin bu mövzulara dair maarifləndirilməsi işinin genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

 

 

05:49 18.12.2024

Oxunuş sayı: 3849

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR