Zelenski: Aİ Ermənistanı dəstəkləməlidir
Ukrayna Prezidenti Volodimir Zelenski Avropaya müraciət edərək bu dəfə Ermənistana dəstəyin artırılmasının vacibliyini vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Rusiya indi Ermənistanı əvvəlkindən daha açıq şəkildə təhdid edir… Avropa heç bir xalqı və heç bir dövləti itirməməlidir. Ermənistan dəstəklənməlidir, Moldova dəstəklənməlidir, Baltik ölkələri, Azərbaycan dəstəklənməlidir. Gürcü xalqına dəstək yolları tapılmalıdır və bu, ümumi Avropanın vəzifəsidir. Heç kəs itirilməməlidir”, – deyə Zelenski bildirib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması məsələsinə toxunaraq, İrəvanın Avropa və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olduğunu bildirmişdi. Kremlin mövqeyinə görə, Ermənistanın Aİ-yə doğru addımları suveren hüquq olsa da, bu proses Avrasiya İttifaqı ölkələrinin maliyyə yükü hesabına olmamalıdır.
13:28 31.05.2026
Oxunuş sayı: 46