ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır
ABŞ Avropadakı hərbi kontingentinin bir hissəsinin ixtisarı ilə bağlı təklif hazırlayır.
Crossmedia.az xəbər verir ki, “Welt” nəşrinin məlumatına görə, Vaşinqton bu planı artıq iyun ayında NATO üzrə müttəfiqlərinə təqdim etməyi nəzərdə tutur.
Məlumata əsasən, ABŞ qitənin müdafiəsi ilə bağlı daha böyük məsuliyyətin Avropa ölkələrinin üzərinə düşməsini istəyir.
NATO daxilində isə bu addımın Alyansın şərq cinahının müdafiəsini zəiflədə biləcəyi ilə bağlı narahatlıqların olduğu bildirilir.
13:07 31.05.2026
Oxunuş sayı: 57