Malayziya naziri: Beynəlxalq hüquq sadəcə kağız üzərində qalıb
Malayziyanın müdafiə naziri Məhəmməd Xalid Nordin Şanqri-La Dialoqu təhlükəsizlik forumunda çıxışı zamanı beynəlxalq hüququn supergüclər üçün yalnız kağız üzərində mövcud olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, beynəlxalq hüququn pozulmasına verilən reaksiya həmin pozuntunu kimin törətməsindən asılıdır.
Məhəmməd Xalid Nordin çıxışında konkret ölkələrin adını çəkməsə də, Malayziya daha əvvəl ABŞ-nin İrana qarşı addımlarını və İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatları tənqid edib.
13:08 31.05.2026
Oxunuş sayı: 49