Ebola görünməmiş sürətlə yayılır
Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətində Ebola epidemiyası görünməmiş sürətlə yayılır.
Crossmedia.az xəbər verir ki, bunu "Sərhədsiz Həkimlər" beynəlxalq humanitar təşkilatının əməliyyatlar üzrə direktor müavini Alen Qonsalesin deyib.
O, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə Bunia şəhərinə səfəri zamanı bildirib ki, əvvəllər heç vaxt Ebola epidemiyasında bu qədər çox yoluxma halı rəsmi olaraq elan edildikdən sonra bu qədər tez qeydə alınmayıb.
Ekspertin sözlərinə görə, epidemiyanın elan edilməsindən iki həftə sonra vəziyyət ciddi narahatlıq doğurur və cavab tədbirləri hələ də xəstəliyin yayılma sürətindən geri qalır.
23:06 30.05.2026
Oxunuş sayı: 74