"Qarabağ" azarkeşlərinə müjdə
Qurban Qurbanovun axır vaxtlar "Qarabağ" klubundan ayrılacağı ilə bağlı barəsində yayılan müxtəlif söz-söhbətlərə son qoyulub.
Crossmedia.az Sportinfo.az-a istinadən xəbər verir ki, adı "Beşiktaş" da daxil, Türkiyə, Rusiya və Avropadan bir neçə klubla yanaşı hallanan baş məşqçi karyerası ilə bağlı növbəti mühüm qərarı verib.
Qeyd edilib ki, o, qarşıdakı üç ili də Ağdam klubunda keçirəcək.
2008-ci ildən "köhlən atlar"ı çalışdıran təcrübəli mütəxəssis klubu ilə 2029-cu ilədək müqavilə imzalayıb. Yeni kontrakta əsasən, "Qarabağ" Qurbanovun əməkhaqqısını da artırıb.
Xatırladaq ki, Q.Qurbanov "Qarabağ"ı 13 dəfə ölkə çempionu edib, 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
Bu mövsüm ikinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edən kollektiv pley-off mərhələsinə qədər yol gedib.
21:00 30.05.2026
Oxunuş sayı: 41