Azərbaycanın 12 yaşadək basketbol millisi turnirə qələbələrlə başlayıb
Azərbaycanın 12 yaşadək basketbolçulardan millisi Kutaisidə Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qələbələrlə başlayıb.
Crossmedia.az Azərbaycan basketbol Federasiyasına istinadən xəbər verir ki, komanda ilk oyunda Gürcüstanın "Telavi" komandasını 55:21 hesabı ilə üstələyib.
Milli daha sonra Estoniya təmsilçisi "Tal Teç"i 47:39 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnirdə "Tal Teç" (Estoniya), "KKS Basket" (Polşa), "Almaty Legion" (Qazaxıstan), "Batumi", "Telavi" və "Basco 2019" (hamısı Gürcüstan) komandaları iştirak edirlər.
12:25 30.05.2026
Oxunuş sayı: 47