Külək nəticəsində Bakıda 41 ağac sınıb
Dünəndən əsən şiddətli külək nəticəsində Bakı şəhərində 41 ağac, 64 ağac budağı sınıb.
Crossmedia.az xəbər verir ki, Yaşıllaşdırma Təsərrüfat Birliyindən verilən xəbərə görə, birliyin briqadaları səhərə qədər operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.
11:33 30.05.2026
Oxunuş sayı: 54