Bu il 1500 əlilliyi olan şəxs işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il əlilliyi olan daha 1500 şəxsi münasib iş yerləri ilə təmin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə əlilliyi olan 131 şəxsi peşə kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib.
11:31 29.05.2026
Oxunuş sayı: 57