Premyer Liqa pley-offunda ikinci iştirakçı bəlli olacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı bu gün müəyyənləşəcək.
Crossmedia.az-ın məlumatına görə, I Liqanın sonuncu - XXVII turunda "Mingəçevir" "Səbail"i qəbul edəcək.
Qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında, saat 17:00-da start götürəcək.
Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
"Səbail" hazırda 50 xalla ikinci pillədə qərarlaşıb. "Mingəçevir" 48 xalla üçüncüdür.
Xatırladaq ki, I Liqada ikinci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.
09:45 22.05.2026
Oxunuş sayı: 52