Azərbaycan I Liqasının pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib
Azərbaycan I Liqasının pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, I Liqanın XXVII turunda səfərdə "Cəbrayıl"a 3:2 hesabı ilə qalib gələn "Şimal" xallarının sayını 20-yə çatdıraraq 9-cu sıraya yüksəlib.
Bununla belə, komanda sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb.
Xaçmaz təmsilçisi cari mövsüm II Liqanı ikinci sırada başa vuran "Qaradağ Lökbatan"la pley-off görüşündə qarşılaşacaq.
1 matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027 mövsümündə I Liqada çıxış etmək hüququ qazanacaq.
MOİK-lə qarşılaşan "Difai" kollektivi isə sonuncu turda rəqibinə 0:4 hesabı ilə uduzaraq turnir cədvəlinin ən axırıncı pilləsinə - 10-cu yerə enib və I Liqanı tərk edib.
20:02 21.05.2026
Oxunuş sayı: 48