WUF13-də işarə dili istifadəçiləri və inklüziv şəxslər üçün xüsusi tədbir
BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində işarə dili istifadəçiləri və inklüziv şəxslər üçün xüsusi tədbir təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova layihənin əhəmiyyəti barədə məlumat verib.
O qeyd edib ki, əsas məqsəd şəhərsalma və dayanıqlı şəhər inkişafı mövzularını eşitmə və nitq məhdudiyyətli şəxslərə daha əlçatan formada çatdırmaq, onların bu sahədə məlumatlılığını artırmaqdır. Belə təşəbbüslər eşitmə və nitq məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına, onların müxtəlif sahələr üzrə məlumatlandırılmasına mühüm töhfə verir.
Tədbir zamanı videoçarx nümayiş olunub, həmçinin işarə dili ilə bağlı ustad dərsləri təşkil edilib.
11:11 20.05.2026
Oxunuş sayı: 57